Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı


03.10.2023  23:02 

Şükür... - Zalım qandallandı





A+  A-

Tarixi günlərə şahidlik edirik. Yeniyetməlik, gənclik illərimiz odlu-alovlu müharibə dövrünə təsadüf etsə də, taleyimizdən şikayət etməyə haqqımız yoxdur. Son üç ildə köksümüzü qabardan o qədər hadisələr baş verib ki!

Oktyabrın 4-ü doğma Cəbrayılımın düşmən tapdağından azad olunduğu gündür.

İndi zəngilanlılar öz ata-baba yurdlarının çırağını yandırırlar.

Qubadlının simvolu olan Bərgüşad çayı daha kədərli zümzümələr etmir.

Kürəyini sıldırım qayalara söykəyən laçınlılar indi qamətlərini şah, başlarını dik tuturlar.

Kəlbəcərdə bülbüllər üç ildi düşmən üçün şərqi söyləmirlər.

Qoca tarixin həmyaşıdı olan qədim Füzuli yenidən qurulur, erməni barbarlığından yetərincə nəsibini almış Ağdam yaralarını sarıyır, Qarabağın incisi Şuşa bütün dünyaya səs salır...

Allahın əsir mələyi - Xocalı indi rahat nəfəs alır.

Ağdərədə, Əsgəranda şəhid ruhları bayram edir.

Xanın nəvələri öz kəndinə - Xankəndinə qayıdıb.

Möhtəşəmsən, Azərbaycan!

Bu günlərin dəyərinə dəyər qatan, əhəmiyyətini artıran başqa hadisələr də baş verib.

Ard-arda bu qədər şad xəbər aldığımız üçün sənə minnətdaram, Allahım!

Şükür, məzlumun ahı yerdə qalmadı, zalım qandallandı.

Uzun illərdən bəri Azərbaycana meydan oxuyan üç dılğır - özlərini qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" elan etmiş Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan DTX tərəfindən həbs edilərək Bakıya gətirildi. Əgər məhkəmə prosesi açıq keçirilsə, 10 milyondan çox insanın onların murdar sifətinə tüpürmək şansı olacaq. Mən hər növ qanunsuzluğa qarşı olsam da, müharibədən yetərincə zərər çəkmiş bir azərbaycanlı kimi bu adamların başına yağlı bir qapaz vurmaq hüququmu özümdə saxlayıram. Qoy tarixdə başıqapazlı, üzütüpürcəkli "prezident" kimi qalsınlar...

Seymur VERDİZADƏ

Xəbər 5427 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +