“Razi kimdir axı mənim haqqımda danışsın?!” – Siyavuş Novruzov
DYP piyadalara XƏBƏRDARLIQ ETDİ
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!
Əcnəbilər rayonlara niyə getmirlər? - Deputat səbəbini açıqladı
“Nimesil” Azərbaycanda qadağan oluna bilərmi?
Quru sərhədlər niyə bağlıdır?
İmişlidə qadını oğurlayan 3 nəfər SAXLANILDI
Azərbaycanda bu məhsul BAHALAŞDI
Saray qəbiristanlığında dağıntı törədildi - Video
37 ailənin qazı, işığı niyə kəsilib? - Video


19.12.2023  20:53 

Mədəni irs nümunələrimiz İslam Dünyası İrs Siyahısına daxil edildi





A+  A-

Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib.

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən aşağıda qeyd olunan 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib:

1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri;

2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi;

3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş;

4. Azərbaycan muğamı;

5. Lahıc misgərlik sənəti;

6. Çövkən – ənənəvi Qarabağ atüstü oyunu;

7. Azərbaycan aşıq sənəti;

8. Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi;

9. Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı;

10. Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti.

Dekabrın 19-da ICESCO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm dəyəri vurğulanıb və mədəni irsin qorunması, mühafizəsi və davamlılığının təmin edilməsinin vacibliyi nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib.

Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 13-ə çatıb.

Xəbər 4659 dəfə oxunub.



04.02.2025  12:12 

DYP piyadalara XƏBƏRDARLIQ ETDİ

04.02.2025  12:10 

Bu ərazilərdə su OLMAYACAQ

04.02.2025  10:16 

Quru sərhədlər niyə bağlıdır?

04.02.2025  10:04 

Azərbaycanda bu məhsul BAHALAŞDI

03.02.2025  17:08 

Pezeşkian Azərbaycana gəlir?

03.02.2025  17:02 

AFFA-nın baş katibi istefa verib?

03.02.2025  16:48 

Armen Sarkisyan öldü

03.02.2025  16:47 

Nazir qatarda qarət edildi


BÜTÜN XƏBƏRLƏR +