Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara Farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO
Dövlət qurumlarında maaş problemi - Bunu kim edir?
Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?
Kirayə evlərlə bağlı inanılmaz YENİLİK
Həbs edilən azərbaycanlı fəaldan xəbər YOXDUR


28.01.2025  17:19 

Nəsiminin məzarı Azərbaycana gətiriləcək?





A+  A-

Yaxın Şərqdə illərdir baş verən vətəndaş müharibəsi Hələb şəhərində Nəsiminin məzarı ilə bağlı azərbaycanlıların narahatlığına da səbəb olurdu. Suriyanın beynəlxalq aləmdən təcridi, eyni zamanda səngiməyən müharibə şairin məzarını ziyarət etməyə heç cür imkan vermirdi. Dekabrın əvvəli Suriyada müxalif qüvvələrin hakimiyyəti ələ alması və Bəşər Əsədin ölkədən qaçması Suriyanın mədəni həyatının da canlanmasına şərait yaratdı. Türk və azərbaycanlı jurnalistlər də Nəsiminin məzarını ziyarət etmək imkanı əldə etdilər.

İllərdir müharibəyə şahidlik edən, ancaq dağıdılmayan, Hələbdə yaşayan türklər tərəfindən qorunan məzarın ölkəmizə gətirilməsi məsələsinə isə hələ də aydınlıq gətirilməyib.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib ki, Hələbdən Nəsiminin məzarının gətirilməsi ilə bağlı məsələlər zaman-zaman meydana çıxır.

"Desəm ki, Azərbaycan Yazıçılar Birliyində həmin məsələyə həsr olunmuş müzakirə keçirilib, bu yalan olar. Biz də cəmiyyəti maraqlandıran bu məsələ ilə bağlı aramızda zaman-zaman söhbət etmişik. Şəxsən mənim düşüncəm və mənimlə eyni fikirdə olan həmkarlarım belə hesab edirlər ki, bir məzarın, yəni insan nəşinin çıxarılıb başqa yerə aparılması İslam qaydalarına da, insanlığına da ziddir. Çünki məzarın yerləşdiyi yer konkretdir – Hələbdə Nəsiminin məzarı məqbərə içində qorunur".

Publisist onu da bildirib ki, bu cür situasiyalarda insanlar nəşi Azərbaycana gətirilən yazıçıları misal gətirirlər.

"Bu vəziyyətdə Cavid əfəndini misal gətirə bilərlər. Cavidin qəbri adi və baxımsız məzarlıqda idi. Ulu Öndərin də bundan xəbəri olduğu üçün o vaxt tapşırıq verdi və məzar tapılaraq Azərbaycana gətirildi. Yaxud da mən təşəbbüs qaldırmışdım ki, Yusif Vəzir Çəmənzəminlinin qəbri baxımsızdır, məzar su altında qalıb. Amma Nəsiminin məzarı baxımsız və pis vəziyyətdə deyil".

Belə bir yanlış düşüncə var ki, dünyanın istənilən yerində vəfat edən azərbaycanlı siyasi, elm və mədəniyyət xadimlərinin məzarı Azərbaycana gətirilsin, amma bu bir növ tarixi dəyişmək olar - deyə Elçin Hüseynbəyli bildirib:

“Nəsimin məzarı haradadırsa, bu o deməkdir ki, orada azərbaycanlının, Azərbaycan türkünün izi var. Mən şəxsən o düşüncədəyəm ki, biz həmin məzarı qorumalıyıq, ora tez-tez səfərlər etməliyik və ona sahib çıxmalıyıq. Zaman dəyişir, nəsillər dəyişir biz onların hamısına Nəsimini öyrətməli, onu tanıtmalıyıq. Nə qədər mübahisə olunsa da, o böyük islam və türk şairidir. Onu xatırlamaq üçün məzarının Bakıya gətirilməsinə ehtiyac yoxdur".

Xəbər 2381 dəfə oxunub.




30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +