İcra başçısı Prezidentin qadağasını pozdu - FOTOLAR
“Rus Evi“ ilə bağlı daha bir SENSASİON XƏBƏR
Avropadan 441 azərbaycanlı geri qaytarıldı
Qobustanda əməliyyat keçirilib
Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu


01.04.2021  18:34 

Azad olunmuş rayonlarda hərbi prokurorluqlar yaradılır - SƏRƏNCAM





A+  A-

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, sərəncam işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədi daşıyır.

Sərəncamla aşağıdakı hərbi prokurorluqlar yaradılır:

Qubadlı Hərbi Prokurorluğu;

Kəlbəcər Hərbi Prokurorluğu;

Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.


Nazirlər Kabineti Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli, sərəncamda nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Prezidentə təqdim etməli, Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər 2213 dəfə oxunub.




06.02.2025  10:06 

Qobustanda əməliyyat keçirilib


BÜTÜN XƏBƏRLƏR +