İcra başçısı Prezidentin qadağasını pozdu - FOTOLAR
“Rus Evi“ ilə bağlı daha bir SENSASİON XƏBƏR
Avropadan 441 azərbaycanlı geri qaytarıldı
Qobustanda əməliyyat keçirilib
Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu


29.07.2020  14:54 

Sabah havanın temperaturu aşağı düşəcək





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, 30 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək. 30 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbər 1750 dəfə oxunub.




06.02.2025  10:06 

Qobustanda əməliyyat keçirilib


BÜTÜN XƏBƏRLƏR +