Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


20.01.2025  10:31 

Vətəndaşlar banklardan nədən şikayətçidir?





A+  A-

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində bir çox bankların kredit portfelinin və depozit faizlərinin azalması ilə bağlı xəbərlər dərc olunur. Bundan əlavə olaraq, bir çox vətəndaş bankların təklif etdiyi kredit şərtlərinin çətinliyindən şikayətçidir. Faizlərin yüksək olması və tələb olunan şərtlər insanların narazılığına səbəb olan əsas faktorlardır.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, əslində, əmanətlərdə və kredit müraciətlərində ötən il artımlar müşahidə olunub:

"İstər depozitlərin, istərsə də əmanətlərin artım dinamikasında banklar üçün 2024-cü daha aktiv bir dövr oldu. Ciddi problem yoxdur, hətta kredit portfelinin iqtisadiyyatla müqayisədə daha böyük artımın fonunda Mərkəzi Bank əlavə ehtiyatların yaradılması ilə bağlı normaları tətbiq etməyə başlayır. Biznes kreditlərinin və istehlak kreditlərinin həcmində artım olub".

Ekspertin fikrincə, vətəndaşların banklarla bağlı şikayətləri müxtəlif və subyektivdir:

"Həm kreditlərin iqtisadiyyata nisbəti baxımından, həm də əmanətlərin yığımlara nisbəti baxımından, çatışmazlıqlar qalmaqdadır. Şikayətləri isə müxtəlif kateqoriyada qruplaşdırmaq olar. Bir sıra halda məlumatsızlıq ucbatından vətəndaşlarla banklar arasında müəyyən anlaşılmazlıqlar yaranır. Bu isə narazılıqların ortaya çıxmasına gətirib çıxarır.

Müqalərin düzgün izah edilməməsi, yaxud qavranılmaması ilə bağlı müəyyən problemlər var. Bank sektoruna münasibətdə əmanətçilərin ümumi narazılığı ondan ibarətdir ki, banklar bağlananda onların qoyduqları əmanətlərin geri götürülməsi prosesinə daha çox zaman tələb olunur, 100 min manatdan yuxarı olanlar böyük risk altına düşür. Kreditlərə münasibətdə şikayətlər, eyni zamanda, faizlərin yüksək olmasından, girov tələbindən və onun yaratdığı çətinliklərdən irəli gəlir".


Xəbər 1881 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +