“Qarabağ” bu dəfə “Turan Tovuz“a uduzdu
Xəzərdə zəlzələ olub
Nəsildən-nəslə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır - Səidə
DİN xəbərdarlıq etdi: Bu paylaşımlar saxtadır...
Nianın evinə silahlı basqın EDİLDİ
Mərdəkanda evdə partlayış: Yaralanan var
Son 24 saat ərzində 167 döyüş qeydə alınıb
Xətaidə bu park zibilxanaya çevrilib - VİDEO
Paşinyan hansı əraziləri Azərbaycana verməyəcək?
Belarusda prezident seçkiləri keçirilir


16.02.2022  22:32 

Xanım Zeynəbin vəfatının ildönümüdür





A+  A-

Fevralın 17-nə keçən gecə Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür...

Hicri təqvimlə Rəcəb ayının 15-i (bu il fevralın 16-dan 17-nə keçən gecə) Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Zeynəbi Kubra hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib.

Hz.Zeynəb (s.ə) İmam Əlinin(ə) və Hz.Fatimənin (s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində “atasının zinəti” deməkdir. Məlumata görə, bu adı ona babası Hz.Muhəmməd (s) qoyub. Xanım Zeynəb (s.ə) 5 yaşına qədər Peyğəmbərlə (s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər.

Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər (s) ilk qız nəvəsini sevərək əzizləyər və «tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir» deyərmiş. Xanım Zeynəbin (s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt (ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur.

Qeyd edək ki, tarixi mənbələrə görə, Xanım Zeynəbin (s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb. Və nəhayət hicrətin 40-cı ili. Hz.Əli (ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin (s.ə) 35 yaşı vardı.

Bu təqvimdən sonra onsuz da çətinliklərlə, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər (s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin (ə) və İmam Hüseynin (ə) dövründə Hz.Zeynəb (s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində – İmam Hüseyn (ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb (s.ə) də vardı…

Artıq o vaxt idi ki, Muhəmmədin (s) reyhanı İmam Hüseynin (ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri Mədinədə qalmağa yeri yoxdu. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü.

Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb (s.ə) də vardı. Qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə əza saxlayan da Xanım Zenyəb (s.ə) olub. İlk dəfə Əhli-Beyt (ə) ailəsinin sağ qalanlarını bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb (s.ə) idi.

Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu. Həzrət Zeynəb (sə) İmam Hüseynin (ə) şəhadətindən bir il sonra – hicrətin 62-ci ilində Şamda vəfat edib./islam.az

Xəbər 3501 dəfə oxunub.




26.01.2025  18:16 

Xəzərdə zəlzələ olub

26.01.2025  10:28 

O əməliyyatdan 33 il ötür

26.01.2025  10:15 

59 yaşlı qadını avtomobil VURDU

26.01.2025  00:39 

Ərdoğan Xocalıya səfər edəcək

25.01.2025  19:02 

Xəzərdə zəlzələ OLDU

25.01.2025  12:57 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +