Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”
Zelenski müsəlmanlarla iftar yeməyində - Foto


02.05.2020  12:23 

Narkotiklərin satışı ilə məşğul olan dəstə zərərsizləşdirildi





A+  A-

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.
Bu barədə XəzərNews.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, şöbə əməkdaşları keçirilən tədbirlərlə rayon sakini Ümid Mirzəyev rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan iki bükümdə çəkisi 0.439 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ü.Mirzəyev ifadəsində narkotik maddəni rayon sakini, əvvəllər məhkum olunmuş Adil Nəsrullayevdən 20 manata aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan A.Nəsrullayev də şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı bir bükümdə çəkisi 0.576 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilmiş tədbirlərlə A.Nəsrullayevə narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən ona satmaq üçün narkotik vasitəni verən rayon sakini “Qara Zaur” kimi tanınan Zaur Ömərov da tutularaq istintaqa təqdim olunub.

Saxlanılan zaman onun üzərindən iki ədəd kağız bükümdə çəkisi 1,033 qram, yaşadığı evdən isə ümumi çəkisi 1.4 qram olan üç bükümdə və 240 qram olan sellofan torbada saxladığı qurudulmuş marixuana, eləcə də dibçəklərdə yetişdirdiyi 11 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Bundan əlavə, Zaur Ömərov saxlanılan zaman onunla birlikdə narkotik maddə istifadə edən dostu Seymur Hacıyev də saxlanılıb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Xəbər 1802 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +