24.01.2025 13:21
Tramp neftin qiymətini nə qədər ucuzlaşdıra bilər?
"Neftin qiyməti aşağı düşərsə, Ukraynada münaqişə bitə bilər" bu sözləri Davosda keçirilən forumda ABŞ Prezidenti Donald Tramp deyib.
"Nə qədər ki, neftin qiyməti yüksəkdir, bu münaqişə davam edəcək, biz neftin qiymətini aşağı salacağıq və Rusiya müharibəni dayandıracaq”, - Tramp bildirib.
Trampın bu çıxışından sonra birjalarda neftin qiyməti kəskin şəkildə ucuzlaşdı.
Londonun "ICE Futures” birjasında "Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,42 dollar təşkil edir ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.
Hansı dünənə qədər neftin qiyməti bahalaşırdı.
Əslində Tramp çalışır ki, Rusiyanı iqtisadi olaraq çökdürsün. Buna nə qədər nail ola bilər?
Məsələn seçki kampaniyası dönəmində verdiyi vədlərində Tram ABŞ prezidenti strateji ehtiyatlardan neft satışını təsdiq edərək bazarda təklif artımı yarada biləcəyini demişdi.
Bazarda təklifin artması qiymətləri aşağı sala bilər.
2023-cü ilin sonlarına doğru ABŞ gündəlik təxminən 12-13 milyon barel neft istehsal edirdi. Bu miqdar qlobal istehsalın təxminən 15%-nə bərabərdir. Əgər Tramp bazarın 15 faizinə və daha çoxuna sahiblənmək istəsə dünya bazarında neftin qiyməti 10 faizdən də çox ucuzlaşa bilər.
ABŞ-ın neft ehtiyatlarının ümumi həcmi təxminən 350-400 milyon barel təşkil edir (2024-cü ilin məlumatlarına əsasən). Lakin ehtiyatlardan davamlı və geniş miqyaslı satış reallaşdırmaq çətindir, çünki bu, ehtiyatların tükənməsi riskini yaradır.
Görünür Tramp Amerikanın gələcəyi naminə neft ehtiyatlarının böyük bir hissəsini bazara çıxarıb nefti kəskin ucuzlaşdıra bilər. Bundan sonra isə təkrar ucuz neft idxal edərək gələcək üçün baha neft satışında daha çox gəlir əldə etmək hədəfləyər. Bu ABŞ üçün 30 illik strateji proqramlarda da qapalı olsa da ifadə edilib.
Hazırda qlobal bazar gündəlik təxminən 100 milyon barel istehlak edir, ABŞ azı 2025-ci ildə bazara 20 milyon barrel çıxara bilər. Lakin bu uzun müddət davam etməyəcək. Belə olan təqdirdə ABŞ, daha doğrusu Tramp komandası parelel siyasi təzyiq imkanlarından istifadə edəcək. Meksika körfəzi, Qrelandiya və Kanada ilə bağlı siyasi təzyiqlərin nəticəsi olsa ABŞ itirdiyi neft ehtiyatlarının əvəzində bir neçə dəfə çox gəlir əldə edə bilər. Panama kanalına nəzarəti Çindən geri alarsa daha böyük gəlirlər qazana bilər.
Beləliklə də Trampın nefti ucuzlaşdırmaqla bağlı təzyiq xaraketli açıqlamarı bazara qısamüddətli, lakin ciddi mənfi təsir göstərə bilər. Bu zaman neft ixrac edən, iqtisadiyyatları neft gəlirləri üzərində formalaşan ölkələrin gəllirləri kəskin azala bilər. O cümlədən Rusiyanın...
Razi Abbasbəyli
Xəbər 153 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|