Ayxan Hacızadə Fransanın XİN başçısına cavab VERDİ
Ərdoğan Xocalıya səfər edəcək
Salyanda partlayış: Ata və oğlu YARALANDI
Xəzərdə zəlzələ OLDU
İntizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb
Rusiyadan Qarabağa hərbi təyinatlı yüklər danışıb
Restoranın qarşısında qəza: İşıqfor aşdı
41 min dollarlıq dələduzluq edən şəxslər SAXLANILDI
Sabah hava necə olacaq?
Miri Yusifin prodüserini hədələyən şəxs SAXLANILDI


20.12.2022  15:48 

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə... - Əsasnamə təsdiqləndi





A+  A-

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişikliklər təsdiqlənib.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Cinayət və inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılıb.

Bundan başqa, bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər edilir.



Xəbər 967 dəfə oxunub.




26.01.2025  00:39 

Ərdoğan Xocalıya səfər edəcək

25.01.2025  19:02 

Xəzərdə zəlzələ OLDU

25.01.2025  12:57 

Sabah hava necə olacaq?

25.01.2025  00:52 

Qurban Qurbanov AFFA-dan ayrılır?

24.01.2025  19:05 

Vəfanın evindən oğurluq EDİLİB


BÜTÜN XƏBƏRLƏR +