Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


01.12.2022  17:21 

İranda demoqrafik vəziyyət: Azərbaycan türklərinin say nisbəti





A+  A-

Etnik mənsubiyyətinə görə İranda siyahıyaalınma aparılmır. Ayrıca olaraq, şəxsiyyət vəsiqəsində də etnik kimlik yazılmır. Siyahını çıxarmaq üçün ortada coğrafi məlumatlara nəzərən təxmin imkanları qalır sadəcə.

Ştatlara (ostanlar və onların rayonları) görə təsnifləndirmə...

Azərbaycan türklərinin kompakt yaşadığı və əhalinin böyük çoxunluğunu təşkil edən ərazilər:

1. Tehran Ostanı;
2. Şərqi Azərbaycan Ostanı;
3. Qərbi Azərbaycan Ostanı;
4. Ərdəbil Ostanı;
5. Zəncan Ostanı;
6. Əlborz Ostanı;
7. Qəzvin Ostanı;

Əhalinin etnik tərkibinin 30%-50%-dək hissəsinin Azərbaycan türklərindən ibarət olduğu ərazilər:

7. Mərkəzi Ostanı;
8. Kürdüstan Ostanı;
9. Həmədan Ostanı;

Digər türk xalqları - Qaşqaylar, Türkmənlər, Xorasan, Xələclər, Şahsevənlər və d:

1. Fars Ostanı;
2. İsfahan Ostanı;
3. Gülüstan Ostanı;
4. Şimali Xorasan Ostanı.

Yuxarıda qeyd olunan ərazilərdə türk xalqları bu ştatların 30-70% -ni təşkil edir.
Ümumi götürəndə İranda etnik mənsubiyyətə görə Türklər birinci yerdə dayanır. Heç bir etnik mənsubiyyət göstərilmədən hər bir Ostan əhalisinin statitistikası mövcuddur və bu nisbətdə əhalinin ümumi siyahısına görə türklərin sayını təxmin etmək mümkündür.

Məsələn, Tehran İstanbuldan sonra dünyada türklərin ən çox yaşadığı ikinci şəhərdir.
Vəziyyəti mürəkkəbləşdirən problem isə ondan ibarətdir ki, bu türklərin ən az yarısı özünü "İrani kimlik" ilə ifadə edir. Bunun isə çeşidli tarixi və sosioloji səbəbləri vardır ki, bu da ayrıca yanaşılması gərəkən mövzudur.

Gülşən Məmmədoğlu
XəzərNews.az


Xəbər 929 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +