Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


20.04.2021  11:17 

5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi





A+  A-

Beş aydır itkin düşən Hacıqabul rayonunun Muğan qəsəbəsindən olan Vətən müharibəsi iştirakçısı Kərimli Qalası Müslüm oğlunun şəhid xəbəri gəlib.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya müvafiq İcra Hakimiyyətinin qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Q. Kərimlinin şəhid olması ilə bağlı ailə üzvlərinə məlumat verilib və onlar nəşin gətirilməsi üçün sabah Füzuli rayonuna gedəcəklər:

“Qalası ailə üzvləri ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxlayıb. O vaxtdan ondan xəbər almaq mümkün olmayıb. Qalası Kərimlinin Daşaltı istiqamətində minaya düşdüyü ehtimal olunur”.

İcra nümayəndəliyindən həmçinin deyilib ki, şəhid əsgər mərhum anasının yanında dəfn olunacaq: “Qalası anasını kiçik yaşlarında itirib. Dostları ilə danışanda onlara vəsiyyət edib ki, əgər mən ölsəm anamın yanında dəfn edin. Ona görə də, vəsiyyətinə uyğun olaraq anasının yanında dəfn olunacaq”.

Xatırladaq ki, Q. Kərimli 8 yanvar 2000-ci ildə anadan olub. Vətən müharibəsində, Şuşanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edib. Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Xəbər 2023 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +