Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


11.10.2017  16:23 

Vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində reyd keçirilib.
XəzərNews.az xəbər verir ki, reyd zamanı Bakı şəhər sakini Taleh Cəfərquliyev Qaradağ rayonu Şıxov çimərliyinin sahil zolağında vəhşi qırğı quşunu gəzdirərkən saxlanılıb. Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Vəhşi quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Xəbər 1512 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +