Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat
Tehran və Bakı əməkdaşlığı ermənipərəst eksperti HİDDƏTLƏNDİRDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
Bakıda memarlıq abidəsinə müdaxilə olunub?


17.09.2024  15:53 

Xalası oğlunun 160 minini TikTokda xərclədi - “Varlı görünmək istəyirdim”





A+  A-

Bakıda xalası oğluna məxsus 160 min manat pulu TikTokda xərcləyən 1996-cı il təvəllüdlü F.Məmmədovun məhkəməsi başa çatıb.

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cəlilabad sakini olan F.Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 178.3.2 (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, F.Məmmədov Kürdəxanı qəsəbəsində tanınmış iş adamı, həm də xalası oğlu E.Qardaşovun rəhbəri olduğu taxıl məhsullarının istehsalı ilə məşğul olan “Agro EM” MMC şirkətində çalışıb. O, 2023-cü il ərzində iş yerinə məxsus 164 040 manat pulu hissə-hissə ödəmə aparatı vasitəsilə TikTokda istifadə edilən jeton almaq üçün xərcləyib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, TikTokda pul xərcləyən və bloqerlərə hədiyyələr göndərənlərin nüfuzu yüksəlir və onlar çox imkanlı insan kimi tanınırlar. Bu səbəbdən özünü var-dövlətli şəxs kimi göstərmək istəyən F.Məmmədov xalası oğluna məxsus pulları jeton almağa və bloqerlərə xərcləməyə başlayıb. O, “blackshark” profili vasitəsilə bloqerlərə çoxsaylı hədiyyələr, hətta 650 manatlıq hədiyyə göndərib.

İstintaq zamanı onun daha əvvəl də dələduzluq əməli törətməsi və həmin işə görə ayağında elektron qolbaq daşıması məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə isə E.Qardaşov xalası oğlundan şikayətçi olmadığını bildirib. O, təqsirləndirilən şəxsi bağışladığını və ona dəyən zərərin F.Məmmədovun valideynləri tərəfindən ödənildiyini bildirib.

Məhkəmənin qərarı ilə F.Məmmədova 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xəbər 6044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +