“Qarabağ” bu dəfə “Turan Tovuz“a uduzdu
Xəzərdə zəlzələ olub
Nəsildən-nəslə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır - Səidə
DİN xəbərdarlıq etdi: Bu paylaşımlar saxtadır...
Nianın evinə silahlı basqın EDİLDİ
Mərdəkanda evdə partlayış: Yaralanan var
Son 24 saat ərzində 167 döyüş qeydə alınıb
Xətaidə bu park zibilxanaya çevrilib - VİDEO
Paşinyan hansı əraziləri Azərbaycana verməyəcək?
Belarusda prezident seçkiləri keçirilir


18.05.2018  18:23 

Rusiyada 9 nazir dəyişdi - Hökumətin yeni TƏRKİBİ





A+  A-

Rusiyanın yeni hökumətinin tərkibi təsdiqləndi.
XəzərNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident Vladimir Putin baş nazirin ona təqdim etdiyi bütün siyahını təsdiq edib.

Nazirlər Kabinetinin sədri Dimitri Medvedev bu dəfə təqdim etdiyi siyahıda baş nazirin müavinlərinin sayını 7-dən 10-a çatdırıb.

Təhsil Nnazirliyi iki nazirliyə - Təhsil Nazirliyi və Elm və Ali Təhsil Nazirliyinə bölünüb.

Medvedevin təqdim etdiyi yeni hökumətin tərkibində 21 nazir olacaq. Onlardan 9-u yeni nazir olacaq.

Yeni təyin olunmuş nazirlərin siyahısını təqdim edirik:

Xarici işlər naziri - Sergey Lavrov;
Daxili işlər naziri - Vladimir Kolokoltsev;
Mədəniyyət naziri - Vladimir Medinski;
Ədliyyə naziri - Aleksandr Konovalov;
Səhiyyə naziri - Veronika Skvortsova;
Müdafiə naziri - Sergey Şoyqu;
Sənaye və ticarət naziri - Denis Manturov;
İdman naziri - Pavel Kolobkov;
İqtisadi inkişaf naziri - Maksim Oreşkin;
Əmək və əhalinin sisial müdafiəsi naziri - Maksim Topilin;
Energetika naziri - Aleksandr Novak;
Maarif naziri - Olqa Vasilyeva;
Elm və ali təhsil naziri - Mixail Katyukov (yeni təyinat);
Təbii ehtiyatlar və ekologiya naziri - Dmitri Kobılkin (yeni təyinat);
Şimali Qafqaz üzrə işlər naziri - Sergey Çebotarev (yeni təyinat);
Tikinti və yaşayış naziri - Vladimir Yakuşev (yeni təyinat);
Rabitə və kütləvi kommunikasiyalar naziri - Konstantin Noskov (yeni təyinat);
Mülki müdafiə və fövqəladə hallar naziri - Yevgeni Zintsev (yeni təyinat);
Nəqliyyat naziri - Yevgeni Ditrix (yeni təyinat);
Kənd təsərrüfatı naziri - Dmitri Patruşev (yeni təyinat)
Uzaq Şərqin inkişafı naziri - Aleksandr Kozlov (yeni təyinat).

Baş nazir Dmitri Medvedevin 10 yeni müavini olacaq. Birinci vitse-premyer vəzifəsi Anton Silunova həvalə edilib. Onun kurasiyasına maliyyə-iqtisadiyyat sahəsi daxildir. Baş nazirin digər müavinləri Konstantin Çuyçenko (hökumət Aparatının rəhbəri), Olqa Qolodets (idman və mədəniyyətsahəsi), Tatyana Qolikova (sağlamlıq və pensiya islahatı sahəsi), Vitali Mutko (tikinti və regional siyasət sahəsi), Dmitri Kozak (Sənaye və Enerji sahəsi), Yuri Trutnev (Uzaq Şərq Federal Dairə başçısının elçisi sahəsi) Aleksey Qordeyev (kənd təsərrüfatının inkişafı sahəsi), Yuri Borisov (müdafiə-sənaye kompleksi sahəsi), Maksim Akimov (iqtisadiyyatın rəqəmləşdirilməsi və kommunikasiya məsələləri).

Xəbər 1520 dəfə oxunub.



26.01.2025  18:16 

Xəzərdə zəlzələ olub

26.01.2025  10:28 

O əməliyyatdan 33 il ötür

26.01.2025  10:15 

59 yaşlı qadını avtomobil VURDU

26.01.2025  00:39 

Ərdoğan Xocalıya səfər edəcək

25.01.2025  19:02 

Xəzərdə zəlzələ OLDU

25.01.2025  12:57 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +