09.02.2017 10:56
Azərbaycanın ərazi bütövlüyü əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israil əsilli bloqqer Aleksandr Lapşin vəkili ilə görüşəcək.
XəzərNews.az bildirir ki, Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən vəkil Səfər Hüseynov məlumat verib.
O qeyd edib ki, görüşdə Lapşinin saxlanma vəziyyəti, səhhəti ilə bağlı məsələlərlə maraqlanacaq.
S.Hüseynov bloqqerin hüquqlarının qorunmasına necə razılıq evrməsinə də aydınlıq gətirib:
“Qaydaya əsasən belə vəziyyətdə növbətçi vəkil kimdirsə, ona müraciət edirlər. Həmin gün də təsadüfən mən növbədə idim”.
Aleksandr Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub.
Qeyd edək ki, A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, separatçı rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib.
|
27.01.2025 16:27
27.01.2025 16:11
27.01.2025 15:54
27.01.2025 15:46
27.01.2025 15:38
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür?
27.01.2025 15:27
27.01.2025 15:22
27.01.2025 14:38
27.01.2025 14:12
27.01.2025 14:07
27.01.2025 13:40
27.01.2025 13:36
27.01.2025 13:23
27.01.2025 13:19
“Fəvvarələr“ meydanında qanunsuz tikinti: Qurumlar hərəkətə keçdi
27.01.2025 12:49
27.01.2025 12:36
27.01.2025 12:13
27.01.2025 11:31
27.01.2025 11:28
27.01.2025 11:20
27.01.2025 11:17
27.01.2025 11:01
27.01.2025 10:56
27.01.2025 10:36
27.01.2025 10:31
27.01.2025 10:12
27.01.2025 10:06
27.01.2025 10:04
27.01.2025 10:02
27.01.2025 09:56
27.01.2025 09:53
27.01.2025 09:51
27.01.2025 09:05
27.01.2025 08:59
27.01.2025 08:54