Həmin sürücü maşının şüşələrini özü qırıb
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür?
Yanvarın 29-da Azərbaycanda iş olmayacaq
Bu ərazilərdə ev tikən şəxslərə torpaq sahələri VERİLİR?
Məscidə silahla gedən şəxs həbs edildi
14 minlik dələduzluq - Saxlanılan var
320 manatdan az pensiya alanlara mühüm XƏBƏR
Sabiq hakim azadlığa BURAXILDI
Prezident Lukaşenkoya zəng etdi
“Formula-1“də mənimsənilən pullardan nə xəbər?


08.02.2017  11:11 

Azərbaycanın ekstradisiya etdiyi Aleksandr Lapşin kimdir? - DOSYE





A+  A-


Dünən – fevralın 7-də Azərbaycanın beynəlxalq axtarışa verdiyi bloqqer Alexander Lapshin Bakıya ekstradisiya olunub. 

Bloqqerin axtarışa verilməsinin əsas səbəbi onun Qarabağa Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfər etməsi, üstəlik, bloq yazılarında Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırışları, eyni zamanda yazılarında Azərbaycan hökumətini təhqir eməsi idi.

Azərbaycan XİN-in Qarabağa qanunsuz səfər edən şəxslər üçün hazırladığı “qara siyahı”da adı keçən Lapşin 2015-ci ildə Ukrayna pasportu ilə Bakıya gələrək, Avropa Oyunlarında iştirak edib.  

XəzərNews.az Modern.az-a istinadən tanınmış və tanınmış olduğu qədər də qalmaqallı Aleksandr Lapşin haqda informasiyanı təqdim edir.

Aleksandr Lapşin 1976-cı ildə Sverdlovsk şəhərində (indiki Yekaterinburq) anadan olub. O, çoxmillətli ailədə (atası rus, anası yəhudi) doğulub. Lapşin 13 yaşı olarkən ailəsilə birlikdə İsrailə köçüblər.

Məktəbi bitirdikdən sonra 3 il ərzində İsrail ordusunda xidmət keçib. O, bir çox qaynar nöqtələrdə, o cümlədən Qəzza sektoru və Livan sərhəddində xidmətdə olub.

Hərbidən sonra “proqramlaşdırma” və “biznesin idarəetməsi” kimi ixtisaslar üzrə 2 universitetdə təhsil alan Lapşin, daha 1 il ABŞ-da oxuyub. Tələbəlik illərində müxtəlif ixtisaslar üzrə təhsil alan Lapşin Bolqarıstanın Sofiya aeroportunun təhlükəsizlik xidmətində çalışıb.

Sonralar Aleksandr Lapşin Moskvaya köçüb və 5 il (2003-2008) bu şəhərdə yaşayıb. Daimi işi olmasa da, ev alqı-satqısı zamanı vasitəçiliklə məşğul olaraq xeyli vəsait toplayıb.

2006-cı ildə İsrailə turist səfəri zamanı onu Suriyaya səfər etdiyi üçün (İsraildə bu, cinayət məcəlləsinə daxildir) saxlamışdılar, lakin sonradan əməli sübut olunmadığı üçün azadlığa buraxılmışdı.

2008-ci ildə Rusiyada iqtisadi böhran başladıqdan sonra Aleksandr Lapşin İsrailə köçüb və Livanla sərhəddə yerləşən qəsəbədə yaşamağa başlayır.

Aleksandr Lapşinə əsas populyarlıq gətirən sahə onun çoxsaylı səyahətləri və müxtəlif ölkələrin vətəndaşlığını almaq həvəsi ilə bağlıdır. Belə ki, anadan olduğu Rusiyanın vətəndaşlığına malik Lapşin, yeniyetməlik dövründə İsrail, sonradan isə Ukrayna vətəndaşlığı alıb. 

2015-ci ilin yayında Avropa Oyunlarına gələn zaman Lapşin Azərbaycana məhz Ukrayna pasportu ilə daxil olmuşdu (O, XİN-in “qara siyahı”sına Rusiya vətəndaşı kimi daxil edilmişdi). 

Bundan başqa, bloqqer ABŞ və Gürcüstan vətəndaşlığı almaq üçün də dəfələrlə cəhd göstərib. Azərbaycan XİN-in "qara siyahısı"nda onun adı «Aleksandr» kimi qeyd olunur, Ukrayna pasportunda isə «Oleksandr»dır.

Aleksandr Lapşin bu vaxta qədər 30-a yaxın məhkəmə prosesində tərəf kimi çıxış edib. O, İsrail təhlükəsizlik sistemi, Ukrayna Daxili İşlər Nazirliyi və Rusiyanın İsraildəki səfirliyi ilə çoxsaylı məhkəmə proseslərində üz-üzə gəlib.



Xəbər 1448 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.01.2025  15:46 

Bakıda 276 min manatlıq OĞURLUQ

27.01.2025  13:40 

Sabah hava necə olacaq?

27.01.2025  12:49 

Sabiq hakim azadlığa BURAXILDI

27.01.2025  12:36 

Prezident Lukaşenkoya zəng etdi

27.01.2025  10:56 

Bakıda ət bir az da BAHALAŞDI

27.01.2025  10:12 

Bugün İslam aləmində BAYRAMDIR


BÜTÜN XƏBƏRLƏR +