07.02.2017 23:14
Azərbaycanın tələbi ilə Belarusda saxlanmış bloqqer Aleksandr Lapşin artıq Bakıya gətirildi.
A.Lapşini gətirən təyyarə Bakı vaxtı ilə saat 22.40-da yerə enib.
Qeyd edək ki, bloqqeri Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları təyyarədən endiriblər.
A.Lapşin məhkəmə qarşısına çıxarılması üçün Bakıya ekstradisiya olunub.
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.
A.Lapşin Belarusda saxlanılıb. Belarus Baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb.
22:11
Ötən ilin dekabrında Azərbaycanın tələbi ilə Belarusda saxlanmış bloqer Aleksandr Lapşin məhkəmə qarşısına çıxarılması üçün bu axşam Bakıya ekstradasiya olunur.
Məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlar onu hava limanında qarşılayacaqlar.
Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib.
Xatırladaq ki, 3 gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Lapşin haqqında danışarkən bildirmişdir ki, onun Azərbaycana verilməməsi üçün heç bir əsas yoxdur: "Belarusun Rusiya və İsrail vətəndaşlığı olan Aleksandr Lapşini Azərbaycana təhvil verməmək üçün heç bir əsası yoxdur. O, İnterpolun qərarına uyğun saxlanılıb. Bütün razılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik. Əlbəttə biz onu ümumiyyətlə azad edə bilərik, amma bu doğru olmaz”.
(azadinform.az)
|
27.01.2025 16:27
27.01.2025 16:11
27.01.2025 15:54
27.01.2025 15:46
27.01.2025 15:38
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür?
27.01.2025 15:27
27.01.2025 15:22
27.01.2025 14:38
27.01.2025 14:12
27.01.2025 14:07
27.01.2025 13:40
27.01.2025 13:36
27.01.2025 13:23
27.01.2025 13:19
“Fəvvarələr“ meydanında qanunsuz tikinti: Qurumlar hərəkətə keçdi
27.01.2025 12:49
27.01.2025 12:36
27.01.2025 12:13
27.01.2025 11:31
27.01.2025 11:28
27.01.2025 11:20
27.01.2025 11:17
27.01.2025 11:01
27.01.2025 10:56
27.01.2025 10:36
27.01.2025 10:31
27.01.2025 10:12
27.01.2025 10:06
27.01.2025 10:04
27.01.2025 10:02
27.01.2025 09:56
27.01.2025 09:53
27.01.2025 09:51
27.01.2025 09:05
27.01.2025 08:59
27.01.2025 08:54