06.02.2017 17:59
Bu gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində püskürən vulkan "Otmanbozdağ" vulkanıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev XəzərNews.az-a açıqlamasında deyib ki, hazırda ərazidə ekspertiza işləri başlanılıb: "Püskürən vulkanın ocağı Səngəçalda deyil, Sahil qəsəbəsindən 36 km uzaqlıqda yerləşir. "Otmanbozdağ" vulkanı dünyanın ən böyük palçıq vulkanlarındandır. Bu günə kimi uzun illər ara ilə üç dəfə püskürüb. Axırıncı dəfə 1965-ci ilin oktyabrın 1-də püskürüb".
Onun sözlərinə görə, vulkan püskürməsi hadisəsi fevral ayının 6-sı təxminən saat 12-13 radələrində baş verib: "Hazırda vulkan püskürməsi dayanıb".
Mütəxəssis vulkanın yenidən püskürməsi təhlükəsi ilə bağlı danışaraq bildirib ki, "Otmanbozdağ" vulkanı ətrafında xeyli sayda kiçik vulkanlar yerləşir: "Otmanbozdağ" vulkanının yenidən püskürmə təhlükəsinin olması barədə konkret bir şey demək olmaz, amma ətrafdakı kiçik vulkanlarda aktivləşmə ehtimalı ola bilər".
C.Paşayev əlavə edib ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında yaşayış məntəqəsi və obyektlər yoxdur.
Qeyd edək ki, AMEA nəzdində Respublika Sesmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, fevral ayının 6-da yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də AMEA nəzdində RSXM-nin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonu ərazisində 2 vulkan püskürməsi qeydə alınıb. 1-ci vulkanın davam etmə müddəti 3 dəq 23 san, 2-ci vulkanın davam etmə müddəti 6 dəqiqə olub.
|
27.01.2025 16:53
27.01.2025 16:48
“TRT” Zəngəzur dəhlizi ilə bağlı xəritə yaydı: İrəvan qarışdı
27.01.2025 16:27
27.01.2025 16:11
27.01.2025 15:54
27.01.2025 15:46
27.01.2025 15:38
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür?
27.01.2025 15:27
27.01.2025 15:22
27.01.2025 14:38
27.01.2025 14:12
27.01.2025 14:07
27.01.2025 13:40
27.01.2025 13:36
27.01.2025 13:23
27.01.2025 13:19
“Fəvvarələr“ meydanında qanunsuz tikinti: Qurumlar hərəkətə keçdi
27.01.2025 12:49
27.01.2025 12:36
27.01.2025 12:13
27.01.2025 11:31
27.01.2025 11:28
27.01.2025 11:20
27.01.2025 11:17
27.01.2025 11:01
27.01.2025 10:56
27.01.2025 10:36
27.01.2025 10:31
27.01.2025 10:12
27.01.2025 10:06
27.01.2025 10:04
27.01.2025 10:02
27.01.2025 09:56
27.01.2025 09:53
27.01.2025 09:51
27.01.2025 09:05