Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


29.01.2024  11:06 

Fermerlərin kredit problemi: Kimdir günahkar?





A+  A-

“Fermerlər kənd təsərrüfatının müxtəlif sahələrində iş qurmağa, öz təsərrüfatlarını yaratmağa çalışsalar da, ən böyük problem maliyyə məsələsidir. Bankların kommersiya şərtləri ağır olduğu üçün bu gün fermerlər banklardan kredit almaqda çətinlik çəkirlər. Banklar digər sahələrlə müqayisədə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kredit verməkdə maraqlı deyillər. Buna gör də fermerlər və sahibkarlar daim banklardan şikayətlənir”.

Xəzərnews.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, aqrar sektorda qeydiyyat yoxdur. Bu sahədə fəaliyyət göstərən müəssisələrin mənfəət göstəricilərini müəyyən etmək çətindir. Bəzi fermerlərə məxsus kənd təsərrüfatı əhəmiyyətli tikililərin, avadanlıqların və ya daşınmaz əmlakın sənədlərində problemlər var. Bununla yanaşı aqrar sahədə risklər çoxdur. Bu da bəzi hallarda bankları kredit ayırmaqdan yayındırır, onların bu sahəyə ehtiyatla yanaşmasına səbəb olur:

“Fermer təsərrüfatları üzrə bazar şərtləri uyğun olsa, banklar məmuniyyətlə həmin sektora pul yatırar. İndiki şərtlər daxilində bir neçə ciddi amil kənd təsərrüfatının maliyyələşməsi istiqamətində bank sektorunun maraqlarına mənfi təsir edir”.
Ekspert qeyd edib ki, banklar kredit vermək üçün likvid aktivlər tələb edir. Bu zaman ucqarda fəaliyyət göstərən fermerdən Bakı şəhəri və ya Abşeron yarımadasında yerləşən daşınmaz əmlakın girov qoyulması tələb olunur. Banklar bu tələbi ödəmək imkanında olmayan fermerlərin müraciətini elə də müsbət dəyərləndirmir:

“Bu gün kənd sakinlərinin əksəriyyəti daha çox ailə təsərrüfatlarına üstünlük verir. Kənd təsərrüfatında istehsal olunan məhsulların 90 faizi məhz ailə təsərrüfatları və fərdi təsərrüfatlarda istehsal olunur. Onlarla maliyyə münasibətlərinin qurulması isə çətindir. Çünki burada mühasibatlıq, hesabatlılıq yoxdur”.

Xəbər 4481 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +