Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


26.10.2023  10:22 

Sosial yardımın alınması Qaydalarında dəyişiklik edilib





A+  A-

Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu Qaydaların məqsədləri üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək.

Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin ediləcək.

Həmçinin, Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə ötürüləcək.

Qərara əsasən, Təmsilçilik barədə ərizə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədə olacaq.

Xəbər 915 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +