Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


24.10.2023  18:30 

“Lukoyl”un Direktorlar Şurasının sədri vəfat edib





A+  A-

“Lukoyl”un Direktorlar Şurasının sədri Vladimir Nekrasov 67 yaşında vəfat edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə oktyabrın 24-də şirkətin saytında məlumat verilib.

“Həkimlərin ilkin rəyinə görə, ölüm kəskin ürək çatışmazlığı nəticəsində baş verib”, - məlumatda qeyd edilir.

Şirkət Nekrasovun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Nekrasov 1957-ci ildə anadan olub. 1978-ci ildə Tümen Sənaye İnstitutunu, 2000-ci ildə isə Başqırdıstan Neft Elmi-Tədqiqat Layihə İnstitutunda aspiranturanı bitirib.

Nekrasov 50 ilə yaxın neft-qaz sənayesində çalışıb, karyerasına təmirçi kimi başlayıb. 1992-1999-cu illərdə “Lukoyl-Qərbi Sibir” “Koqalımneftqaz” MMC-nin iri ərazi istehsalat müəssisəsinin baş mühəndisi, baş direktoru vəzifələrində işləyib.

Daha sonra 1999-2005-ci illərdə “Lukoyl”un vitse-prezidenti və “Lukoyl-Qərbi Sibir” MMC-nin baş direktoru vəzifələrində çalışıb.

Nekrasov daha sonra şirkət prezidentinin müşaviri, həmçinin Direktorlar Şurasının sədri vəzifələrində işləyib.

Təranə
Xəzərnews.az


Xəbər 1109 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +