Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


15.02.2021  10:29 

“Mənimlə bərabər 300-dən çox şəxsi işdən azad ediblər” - Açıqlama





A+  A-

“SOCAR Abşeron Qazma Şirkəti"ində (AQŞ) kütləvi ixtisarlar başlayıb. Mənimlə bərabər 300-dən çox işçini işdən azad ediblər. Dəfələrlə deyilib ki, pandemiya dövründə işçilər işdən çıxarılmasın, amma nəzərə almırlar. İxtisarlar hələ də davam edir”.
XəzərNews.az bildirir ki, bu iddia ilə “Qafqazinfo”ya şirkətdə anbardar köməkçisi kimi çalışdığını deyən Vüqar Hüseynov müraciət edib. O, özü ilə yanaşı bir çox işçilərin çətin vəziyyətdə qaldığını deyir:

“İdarədə ümumilikdə 1200-ə yaxın işçi çalışırdı. 4-5 gün olar ki, təxminən 25 faizi işdən çıxarılıb. Bizə deyiblər ki, 3 ayın maaşını əvvəlcədən ödəyəcəklər. İşdən çıxarılma səbəbimizi demirlər. Ancaq onu deyirlər ki, işçilərin sayı azaldılır. Rəhbərliyə də müraciət edirik, müraciətimizə baxan yoxdur.”

Problemlə bağlı SOCAR AQŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya bildiriblər ki, şirkətdə kütləvi ixtisarlardan söhbət getmir:

“SOCAR AQŞ xidmət təşkilatıdır. İşçilər işə layihə əsasında götürülür. Yəni SOCAR-ın müəyyənləşdirdiyi iş planı əsasında işçi qüvvəsi cəlb edilir və müqavilə bağlanır. Layihə tamamlandıqdan sonra isə müqaviləyə xitam verilir. Şirkətdə heç bir kütləvi ixtisardan söhbət getmir”.

Xəbər 3186 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +