Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


31.08.2018  13:46 

Füzulidə pambıq yığımına start verilib - Fotolar





A+  A-

Azərbaycan Prezident İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2100 ha ərazidə pambıq əkilib. Əkilmiş pambıq sahələrinin 630 hektarı Azərpambıq MMC ilə, 1330 hektarı P-Aqro MMC ilə müqavilə əsasında, 139,4 hektarı isə fərdi qaydada əkilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, rayonun işğaldan azad olunmuş ərazisində əkilmiş pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Artıq Füzuli rayonunda pambıq yığımına start verilib.

Havaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığılmasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2100 ha sahədən füzulili pambıq istehsalçıları tərəfindən 4000 tondan artıq məhsul yığılması gözlənilir. Bu da keçən illə müqayisədə 2 dəfə çox məhsul deməkdir. Pambıq əkilmiş sahələrdən hər hektardan orta hesabla 20, 25 sentner məhsul yığılması planlaşdırılır.

Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir.

Rayonun pambıq istehsalçıları yığdıqları məhsulu Horadiz şəhərindəki və Beyləqan rayonunda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verirlər.



Xəbər 1675 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +