Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


26.05.2018  09:48 

Neftin taleyi haqda son proqnoz





A+  A-

Şist neft hasilatı qlobal bazarda “neft rallisini” dayandırdı. Bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin bu gün 3 faizdən çox azalmasına səbəb oldu. Artıq Brent markalı neftin 1 bareli 77 dollardan ucuz satılır.
XəzərNews.az xəbər verir ki, bunu social şəbəkədə iqtisadçı Vüqar Bayramov yazıb. O, bildirib ki, 2018-ci ildə ABŞ-da quyuların sayında 151 ədəd artım qeydə alınıb. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10.7 milyon barelə çatdırıb ki, bu da okeanın o tayında “qara qızıl” istehsalının artmasından xəbər verir.

Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq.

OPEK proqnozlaşdırılmayan mövcud yüksək qiymətlər fondunda bazar payının itirmələrindən ehtiyatlanır. Bu baxımdan da, OPEK+ tərəfindən bazar payını qoruyub saxlamaq üçün hasilat həcminə yenidən baxması istisna deyil.

Eyni zamanda, istehlakçı ölkələrdə neftin mövcud qiymətlərindən məmun görsənmirdilər. Yaponiyanın ərəb tərəfdaşlarına yüksək qiymətlərinin arzuolunan olmaması ilə bağlı mesajı da məhz bundan xəbər verir. Bütövlükdə, ABŞ-İran gərginliyi istisna olmaqla hazırda digər heç bir faktor neftə bazarına yüksək qiymətlər vəd etmir. Neftin qiymətində hələlik kəskin azalmalar gözlənilməsə də amma yüksək neft qiymətlərinə qayıdış inandırıcı deyil. Bu baxımdan neft ölkələri üçün “neft bumunun” artıq arxada qaldığını söyləmək heç də çətin deyil.

Xəbər 1557 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +