Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


16.10.2017  08:43 

Bakıda bu evlərin qiyməti bahalaşdı





A+  A-

“Sentyabr ayında Bakıda mənzillərin qiymətində artım müşahidə olub”.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, sentyabr ayında təkrar mənzil bazarında qiymətlərdə 3.25 faiz artım baş verib.

Ekspert bildirib ki, ilkin mənzil bazarında isə qiymətlərdə 6.56 faiz azalma müşahidə edilib.

N.İbrahimov qeyd edib ki, təkrar satılan mənzillərin qiymətlərinin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin çoxalmasıdır: "Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar".

N.İbrahimovun sözlərinə görə, oktyabr ayında da təkrar mənzil bazarında qiymətlərin bahalaşması proqnozlaşdırılır: “Amma noyabr ayında stabilləşmə və ondan sonra yenidən artım gözlənilir”.

Xəbər 1838 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +