Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


08.04.2017  12:56 

“Bəzi sahibkarlar vicdan hisslərini itiriblər”





A+  A-

“Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün atılan addımlarda məqsəd ondan ibarətdir ki, bu sahədə problemlər aradan qaldırılsın”.
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, ilk növbədə vacib mexanizmlər yaradılmalıdır: “Bura qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, müvafiq qurumun formalaşdırılmasına qədər olan məsələlər daxildir. Qarşımızda duran digər məsələ isə Azərbaycanda yerli məhsulların xarici ölkələrə ixracı ilə bağlı mexanizmin hazırlanmasıdır. Bütün bunlarla müvafiq komissiya və gələcəkdə yaradılacaq agentlik məşğul olacaq. Amma narahatedici məqam odur ki, bəzi sahibkarlar vicdan hisslərini itiriblər və təhlükəli qidanın idxalı ilə məşğuldurlar. Güman edirəm ki, fəaliyyətə başlayan komissiyamız bunun qarşısını alacaq. Mən istəyərdim ki, bütün bu məsələlərin müsbət həlli üçün ictimai nəzarət də öz rolunu oynasın, dövlətə dəstək olsun. İctimai nəzarət dövlətin qarşısına qoyduğu məqsədlərə çatmaqda mühüm rol oynayır”

Xəbər 2139 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +