212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat
Tehran və Bakı əməkdaşlığı ermənipərəst eksperti HİDDƏTLƏNDİRDİ
Samir Şərifova yeni vəzifə VERİLDİ
Bakıda memarlıq abidəsinə müdaxilə olunub?
Sabah hava necə olacaq?


29.09.2017  18:52 

“İnanıram ki, Türkiyə onları Azərbaycana təhvil verəcək” - Azay Quliyev





A+  A-

“Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfəri ölkə ictimaiyyəti tərəfindən çox mənfi qarşılandı. Hər hansı bir ölkənin vətəndaşı digər dövlətin ərazilərinə daxil olan zaman həmin dövlətin qanunlarına mütləq hörmət etməlidir. Bu hörmət hamı tərəfindən məcburidir. Çox təəssüflər olsun ki, belə hallar baş verir. Biz bunu pisləyirik və qınayırıq”.
XəzərNews.az bildiri ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

Deputat bildirib ki, bizim üçün qardaş ölkə olan Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfər etməsi narahatedici məqamdır.

“Bunun arxasında Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən Ermənistan və xaricdəki müəyyən dairələr dayanır. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə olub və iki ölkə arasındakı münasibətlər bütün dünya ölkələrinə bəllidir. Türkiyə tərəfi də buna çox mənfi reaksiya verib. Azərbaycan tərəfi Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərlə bağlı hər zaman adekvat addımlar atıb. Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən şəxslər qara siyahıya salınır. Hesab edirəm ki, Türkiyə də bu məsələdə Azərbaycana dəstək olacaq, həmin şəxsləri qısa müddətdə saxlayaraq Azərbaycana təhvil verəcək və onlar Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaqlar”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xəbər 1909 dəfə oxunub.




23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +