Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


18.07.2025  12:34 

“Nə oldu, Paşinyan?“ın müəllifi həbs olundu





A+  A-

Müğənni Elçin Göyçaylı həbs olunub.

XəzərNews.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib.

Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.

Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnı müəllifidir. O, daha çox "Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

Xatlrladaq ki, bir neçə ay əvvəl mətbuatda müğənni Elçin Göyçaylının qadınları Moskvaya apararaq fahişəliyə cəlb etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiyada "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib, həmçinin, azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham edilib. Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan "Elçin Göyçaylı" kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınları yüksək maaş vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində "Elçin Göyçaylı" ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb. Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xəbər 2046 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +