Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


30.05.2025  11:44 

Qazi pensiyasının kəsilməsindən şikayətçidir





A+  A-

Aniterror əməliyyatı zamanı yaralanan qazi İsax Bəşirov pensiyasının kəsilməsindən şikayətçidir.

O, bildirib ki, hərbi əməliyyatlar zamanı 3 güllə yarası alıb və daxili orqanlarına ciddi ziyan dəyib. Bir neçə dəfə əməliyyat olunub. Əməliyyatlar zamanı ona sonsuzluq diaqnozu qoyulub:

"Mənə bir illik əlillik verildi. Daha sonra isə əlilliyimi ləğv etdilər, pensiyamı kəsdilər. Atamın 62 yaşı var, ağır xəstədir. Mən də artıq pensiya almıram.

Mən gələcəkdə ailə başçısı və övlad sahibi ola bilməyəcəm. Gələcəyimi Vətənə qurban verdim, amma onlar mənim pensiyamı kəsdilər, əlilliyimi ləğv etdilər", - deyə qazimiz qeyd edib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavabında bildirdi ki, Kəlbəcər sakini 2004-cü il təvəllüdlü Bəşirov İsax Sabir oğluna təyin olunan əlillik müddəti 31.03.2025-ci il tarixdə başa çatsa da, onun əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb: "Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər (forma-88) e-sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin.

Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq İsax Bəşirovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq", - deyə məlumatda bildirilib./Unikal

Xəbər 2703 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +