ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı
Mərhum meyxanaçının qızı həbs olunub
Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır?
Nazirlik 10 milyonluq tender elan edib
Şəxsiyyət vəsiqələri artıq belə olacaq - FOTO
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
108 nəfərin diplomu tanınmayıb - Rəsmi
Eldar Mahmudov istintaqa çağrılıbmı?
Ramiz Mehdiyev yaxın adamını necə səfir göndərib?


13.01.2021  13:58 

Nazirliklər maşınlarını satır





A+  A-

Azərbaycanda 9 fevral tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
XəzərNews.az Banker.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri dövlət orqanlarına məxsusdur.

Bildirək ki, 1-2-ci sətirdə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

3-cü sətirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

5-ci sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

6-7-ci sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

Xəbər 4181 dəfə oxunub.




19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +