Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


14.04.2017  19:01 

“Eldar Mahmudov dedi ki, kömək edəcək...”





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində iş adamı Arzu Kazımov ifadə verib.

Xatırladaq ki, A.Kazımov ABU-nun rektoru Elşad Abdullayevin yaydığı videodan sonra həbs edilib, Ali Məhkəmədən sərbəst buraxılıb.

O deyib ki, V.Ələkbərov qardaşı Nizami Kazımov və qaynı Hüseyn Səfərovun həbsdən azad edilməsi üçün 2 milyon manat tələb edib: “Mən o qədər pulumuz olmadığını deyib imtina etdim. Bir ay gözlədikdən sonra Eldar Mahmudovun köməkçisinə zəng edib nazirlə görüşmək istədiyimi dedim. Eldar Mahmudovla görüşdüm və qohumlarımın qanunsuz həbs edildiyini dedim. O da işin qanun çərçivəsində həll ediləcəyini və lazımi kömək edəcəyini dedi. Bundan sonra məni Mövlam Şıxəliyev qəbul etdi, o da tələb olunan pulu ödəməyini məsləhət gördü. Mən də qohumlarıma pul verməməyi deyib oradan çıxdım. Amma bunlara MTN-də necə təzyiq etdilərsə, pulu verdilər. Bu gün də banklara kredit ödəyirlər”.

V.Ələkbərov deyib ki, N.Kazımov və H.Səfərov sadəcə zərərçəkmişlərə dəyən ziyanı ödədikləri üçün sərbəst buraxılıblar: “Biz MTN-də şərəfli iş görmüşük. Bizim gücümüzə bu gün rahat yaşayırsız. Biz heç kimə hədə-qorxu gəlməmişik, şər-böhtan atırlar. Şər-böhtana görə burada oturmuşuq”.

Növbəti şahid əvvəl MTN-də, indi isə DTX-da müstəntiq işləyən Rövşən Hüseynov olub. O deyib ki, “Texbikabank”ın sədri Etibar Əliyevin cinayət işi üzrə istintaq aparılarkən iş adamı Akif Qurbanovu tanımayıb.

Daha sonra V.Ələkbərov MTN-dəki işlərindən danışıb: “Mənim idarəmin 3 müstəntiqi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimdir. Mövlam Şıxəliyevlə Nadir Mustafayev polisdən, Təhsin Ağayev isə Bakı Hərbi Məhkəməsində katib vəzifəsindən MTN-ə gəliblər. Qalan bütün işçilər mənim yetirməm olub. Rövşən Hüseynovu da mən yetirmişəm”.

V.Ələkbərov vəsatət verərək barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib: “Mən hərbçiyəm, barəmdə həbs qərarını Səbail rayon məhkəməsi yox, Bakı Hərbi Məhkəməsi seçməli idi. Mən qanunsuz olaraq həbs edilmişəm”.

MTN polkovnikinin vəsatəti təmin edilməyib.

Məhkəmə prosesi aprelin 28-də davam etdirləcək.

(qafqazinfo.az)

Xəbər 3518 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +