Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


23.06.2019  13:46 

ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu





A+  A-

ATV telekanalının tanınmış aparıcısı Ceyhun Səfərov işdən ayrılıb.
XəzərNews.az xəbər verir ki, Xəbərlər departamentinin işciləri ilə keçirilən yığıncaqda telekanalın rəhbəri A.Xəlilov Ceyhun Səfərova “Azad Azərbaycan” MTRK-nın rəhbərliyinin təşəkkürnaməsini verib.

O qeyd edib ki, ATV-də fəaliyyəti dövründə Ceyhun Səfərov yüksək jurnalist peşəkarlığı ilə yanaşı, dövlətçiliyə sadiq vətənpərvər bir vətəndaş kimi tamaşaçı auditoriyasının, iş yoldaşları və həmkarlarının hörmətini qazanıb.

Bu günlərdə mühüm dövlət qurumlarından biri C.Səfərovun xidmətlərinə ehtiyac duyduğunu bildirib.

Göstərilən diqqətə və fəaliyyətinə verilən böyük qiymətə görə Ceyhun Səfərov “Azad Azərbaycan” MTRK-nın rəhbərliyinə təşəkkür edib. Bu televiziyanı özünə doğma məkan hesab etdiyini deyən Ceyhun Səfərov ATV-də qazandığı bilik və bacarıqlarının bundan sonrakı işində də rol oynayacağına əminliyini vurğulayıb. C.Səfərov həmçinin qeyd edib ki, o, özünü daim ATV-nin aparıcısı kimi hiss edəcək.

Yığıncaqda aparıcının ATV ilə əlaqələrinin bundan sonra da davam edəcəyi rəhbərlik tərəfindən vurğulanıb.

2003-cü ildən telekanalda çalışan Ceyhun Səfərov jurnalist karyerasına Gəncə bürosunda müxbir kimi başlayıb, sonra redaktor assistenti, redaktor və aparıcı vəzifələrində çalışıb.

Xəbər 3111 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +