Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


13.09.2025  23:57 

Maskdan Avropa nəhənginə ŞOK MÜDAXİLƏ - “4 il vaxtımız yoxdur, parlamenti buraxın”





A+  A-

Amerikalı iş adamı və milyarder İlon Mask sağçı fəal Tommi Robinsonun mitinqində onlayn çıxış edib.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, o, çıxışı zamanı Böyük Britaniya parlamentinin buraxılması və erkən seçkilərin keçirilməsinə çağırıb.

"Bizim daha 4 il vaxtımız yoxdur, ya da növbəti seçkilərə nə qədər vaxt qalıb. Çox uzundur. Nəsə etmək lazımdır. Parlament buraxılmalı və yeni səsvermə keçirilməlidir", - iş adamı bildirib.

Mask qeyd edib ki, Britaniya nəzarətsiz miqrasiya, bürokratiya və söz azadlığına qoyulan məhdudiyyətlərdən əziyyət çəkir və buna görə də hökumətin genişmiqyaslı islahatlarına ehtiyacı var.

Sentyabrın 13-də Londonda qanunsuz miqrantların qəbuluna qarşı keçirilən aksiyada 110 mindən çox insan iştirak edib.

Əsas "Unite the Kingdom" (“krallığı birləşdirin”, yəni Böyük Britaniyanın rəsmi adına işarə) nümayişi büdcə hesabına otellərə qeyri-qanuni miqrantların yerləşdirilməsinin başlanması və müsəlman Şabana Mahmudun Daxili İşlər Nazirliyinə rəhbər təyin olunması fonunda baş tutub.

Eyni zamanda sol ideyaları dəstəkləyənlərin — miqrantlara dəstəyini nümayiş etdirmək məqsədi daşıyan "Faşizmə qarşı yürüş" aksiyası keçirilib. Təxminən beş min nəfər bu aksiyada iştirak edib.

Xəbər 1520 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +