Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı


03.08.2025  10:58 

Şahin Şıxlinski Moskvada könüllü təslim olub





A+  A-

Rusiyada tanınmış diaspor rəhbərlərindən biri olan Şahin Şıxlinski Rusiyanın paytaxtı Moskvada könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Rusiya xüsusi xidmətlərinə yaxınlığı ilə tanınan “ВЧК-ОГПУ” adlı Telegram kanalı yayıb. Bildirilib ki, Şıxlinski istintaq tədbirlərində iştirakı üçün Moskvadan Yekaterinburqa aparılıb.

Eyni zamanda, Rusiyanın 66.ru saytının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, Şıxlinskinin barəsində iki ayrı cinayət işi açılıb. Həmin ittihamlar qətl və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi maddələri üzrədir.

Musavat.com saytında isə Rusiya İstintaq Komitəsinin sədr müavini, ədliyyə general-polkovniki E.V. Kaburneev tərəfindın imzalanan ittiham aktı var. Rusiya İstintaq Komitəsinin Svedlovsk vilayəti üzrə şöbəsi tərəfindən yayımlanan sənədlərə əsasən, Azərbaycanın Ural bölgəsindəki diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mütəvəli Şıxlinski barəsində Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Xəbər 1005 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +