Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


28.07.2025  12:34 

Rusiyada azərbaycanlı bloger axtarışa verildi





A+  A-

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloger Sübhan Məmmədov (“Subo” ləqəbi ilə tanınır) vergi yayınmasına görə axtarışa verilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, onun atası və qardaşı da eyni ittihamlarla üzləşiblər. Ailə üzvləri artıq dövlətə dəymiş ziyanın bir hissəsini ödəməyə başlayıblar və Federal Vergi Xidmətinə 9 milyon rubl vəsait köçürüblər.

İstintaqın məlumatına görə, Sübhan Məmmədov və ailə üzvləri 2020–2022-ci illər ərzində vergi yayınması məqsədilə qanunsuz sxem qurublar. Bu səbəbdən dövlət büdcəsinə 50 milyon rubldan çox vəsait daxil olmayıb. Onların 10 milyon rublluq cinayət yolu ilə əldə etdikləri gəlirə lüks avtomobil aldıqları iddia olunur.

Bundan əlavə, vergi ödəmədiklərinə görə onların 20 milyon rubl məbləğində cərimə və faiz borcu da yaranıb.

S.Məmmədova qarşı Rusiya Cinayət Məcəlləsinin 198.2-ci maddəsi (xüsusilə böyük məbləğdə vergi yayınması) və 174.1.4.b maddəsi (cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması) üzrə ittiham irəli sürülüb. O, axtarışa verilib.

Qeyd edək ki, "Subo" daha çox sosial şəbəkələrdə paylaşdığı zarafat və “prank” videoları ilə tanınıb.

Xəbər 272 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +