Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


14.03.2025  17:05 

Sökülən evlərə görə 1300 manat verilir, amma real qiymət 200 mindir - Deputat





A+  A-

"Sabunçu qəsəbəsində 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində inşa edilmiş 100-lərlə yaşayış binası var. Onların istismar müddəti keçdiyinə görə yaşamaq üçün uyğun şəraitdə deyil”.

XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib.

Millət vəkilinin sözlərinə görə, Bakıxanov və Sabunçuda təqribən 209 qəzalı bina mövcuddur:

“Onlardan yalnız 47 çoxmənzilli bina haqda FHN-in müvafiq aktları əsasında qəzalı vəziyyətdə olduğunu təsdiq edən sənəd tərtib olunub. Digərlərində isə akt tərtib etmək çətinlik yaradır. Çünki buna vəsait olmalı, müraciət olunmalıdır. Bu da bir faktdır ki, icra hakimiyyətlərində belə bir vəsait olmadığına görə bunu gerçəkləşdirmək olmur. Amma bu binaların hamısında Azərbaycan vətəndaşları yaşayır. Sabah hansısa hadisə baş verəndə sonradan peşmanlığını çəkməyək deyə indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. 174 qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli binaların sakinləri gözləyirlər ki, hansısa formada bu məsələyə əncam çəkilsin. Sahibkarlar bu məsələyə cəlb olunmalıdır.

Sökülən qəzalı evlərdə belə vətəndaşa 1300 manat vəsait verilir. 3 otaqlı mənzildə yaşayan vətəndaş gedib 3 otaqlı ev ala bilmir. Çünki ona verilən 80-100 mindir, amma bazarda real qiymət 200 mindir. Məcbur olub şəhərətrafı yerlərdə özlərinə qanunsuz tikinti aparıb, yaşayış evləri tikirlər. Bu da İcra Hakimiyyəti ilə vətəndaş arasında ciddi problemlərin yaranmasına səbəb olur”.

Xəbər 4429 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +