Bir həftədə ölkəyə 3100-dən çox dron buraxılıb -Zelenski
Azərbaycanlı kikboksçu karyerasını bitirdi
Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO


28.07.2022  19:58 

Oliqarxlaşmış, avtoritetləşmiş media rəhbərləri ilə...





A+  A-

İnformasiya təxribatının qarşısını Baş Prokurorluq ala bilməz. Buna savadlı, ağıllı başlar lazım. İnformasiya işinə müstəntiqlər deyil, mütəxəssislər qarışmalıdır.

Dövlətin informasiya təhlükəsizliyi ilə bağlı konsepsiyası, proqramı, işlək mexanizmləri olmalıdır. Bunun üçün tələb olunan şərtlərə əməl edilməlidir. Daxildən və xaricdən ölkəmizin informasiya mühitini çirkləndirən, ictimai rəyi manipulyasiya edən media subyektlərinə qarşı peşəkar və tirajlı platformalar yaradılmalıdır.

Reputasiyası zədəli, sevilməyən, ictimai rəydə qıcıq yaradan adamlarla dövlətin informasiya sərhədlərini qorumaq mümkün deyil. Yürümür, yerimir bu siyasət. Əl çəkin. Dəyişin. Dəyişdirin. Əks effekt verir bu. Adamların deyil, informasiyanın idarə olunmasına diqqət etmək lazımdır. Amma peşəkar şəkildə, hiss edilmədən. Qərb texnologiyalarını tətbiq etməklə. Şəxslər deyil, sistem önəmlidir. Oliqarxlaşmış, avtoritetləşmiş media rəhbərləri ilə bu işləri görmək mümkün deyil! Meydan tv-nin, “Azadlıq Radiosu”nun Azərbaycan bölmələrinin rəhbərlərini tanıyan var? Yox! Amma baxın, görün necə işləyirlər. Peşakarlıqları hansı səviyyədədir. Hakimiyyətin milyonlarla manat pul ayırdığı media təsisatının fəaliyyətini bir-iki reportajları ilə darmadağın edirlər.

Sözün, informasiyanın avtoritetini qaldırmaq lazımdır, hansısa sayt, tv, qəzet rəhbərinin deyil. Sözün, informasiyanın çəkisini qaldırmaq lazımdır, onu inandırıcı, oxunaqlı, baxımlı etmək lazımdır, hansısa media rəhbərinin aylığını qaldırsan nə olacaq, nə dəyişəcək?

Yaşlanmış, beynini kif basmış, danışığını itirmiş şəxslərlə də informasiya təhlükəsizliyi təşkil etmək mümkün deyil. Raket əleyhinə müdafiə sistemləri olduğu kimi, reket jurnalistika əleyhinə də oxşar sistem yaradılmalıdır. Bir sözlə, dövlət media siyasətini söküb, yenidən yığmalıdır. Xırda reketlərə qarşı yekə reketləri səhnəyə çıxarmayın, əksinə, onları səhnədən yığışdırın. Effektini görəcəksiniz.

Xaricdən gələn dezinformasiya potokunu da eyni prinsip və sistemlə zərərsizləşdirmək mümkündür. Peşəkarlığı və peşəkarları önə çəkməklə. Reputasiyası təmiz mütəxəsislərin önünü açmaqla.

Azər Ayxan

Xəbər 3540 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.10.2025  15:49 

Sabahın havası açıqlandı

12.10.2025  15:44 

Vəzifəli şəxs bıçaqlandı

12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +