Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


07.06.2022  16:15 

Azərbaycan quru sərhədlərini niyə açmır?





A+  A-

Azərbaycanda quru sərhədlərinin açılmasına dair müzakirələr davam edir. Yay mövsümündə sərhədlərin açılmasının turizm baxımından vacib olduğu bildirilsə də, rəsmi qurumlar quru yolu ilə gediş-gəlişin bərpasına tələsmirlər. Qonşu ölkələrdə koronavirusa yoluxma hallarının azalmasına baxmayaraq, Azərbaycanın quru sərhədlərini açmamasının səbəbləri maraq doğurur.

Buna səbəb nədir?

XəzərNews.az xəbər verir ki, bu barədə modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, quru sərhədlərinin açılması məsuliyyət deməkdir:

"Bu məsuliyyəti Operativ Qərərgah boynuna götürməlidir. Biz pandemiyanın qarşısını aldıq, koronavirus təhlükəsini geridə qoyduq. Lakin bizdən fərqli olaraq, bəzi ölkələrdə vəziyyət yenə gərgindir. Çində, eləcə də Avropanın özündə yoluxma sayında yenidən artım müşahidə edilir. Bunları nəzərdən qaçırmaq olmaz".

Deputat bildirib ki, dövlət qurumları monitorninq aparır, qonşu ölkələrdəki vəziyyəti yaxından izləyir:

"Dövlət öz addımlarını necə lazımdır, o formada da atır. Ancaq məsuliyyət söhbəti var. Bu gün biz deyirik ki, turizm mövsümü başlayır, quru sərhədləri açılsın. Bəs bunun məsuliyyətini kim öz üzərinə götürəcək? Dünən iki nəfərdə yoluxma aşkarlanıb. Sabah Allah göstərməsin, yoluxma 10 minə çıxsa, səhiyyə ocaqlarına belə təzyiq olsa, onda kim cavab verəcək? Yenə qapanma, yenə problem olacaq. Bunu istəyən varmı? Ona görə də, vətəndaşlardan səbrli olmalarını xahiş edirəm. Gəlin, dövlətin işinə qarışmayaq. Dövlət öz işini bilir. Prosesləri praqmatik formada aparır. Səbrli olaq, vaxtı gələndə Operativ Qərargah qərar verəcək və sərhədləri açacaq".

Deputat Asim Mollazdə hesab edir ki, sərhədlərin açılması barədə qərar verərkən, qonşu ölkələrdə epidemik vəziyyəti nəzərə almaq lazımdır:

"Qonşu ölkələrdə, Rusiyada, İranda hələ problemlər öz həllini tapmayıb. Hətta Gürcüstanda yoluxanların sayında artım hiss olunur. Düşünürəm ki, bizim müvafiq orqanlar məhz qonşu ölkələrdəki vəziyyəti nəzərdən keçirməli, yoluxma sayının minimuma enməsindən sonra öz qərarını verməlidir".

Xəbər 3348 dəfə oxunub.




21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +