Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


05.06.2022  10:40 

“Dövlət ali məktəblərində pullu təhsil yolverilməzdir” — İlyas İsmayılov





A+  A-

“Dövlət ali məktəblərində təhsilin pullu olması yolverilməzdir, çünki dövlət strukturları bizneslə məşğul ola bilməzlər”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədri İlyas İsmayılov ölkədə təhsil haqqının bahalığı barədə ovqat.com-a danışarkən deyib.

İ.İsmayılovun sözlərinə görə, yalnız özəl məktəblər pullu təhsil vermək hüququna malik olmalıdır, amma onlar da insafı əldən verməməlidirlər.: “Bu isə yenə dövlət orqanlarının həmin ali məktəblərə nəzarəti ilə mümkündür”.

Partiya sədrinin fikrincə, Azərbaycanda təhsil haqqının bahalı, təhsilin isə keyfiyyətsiz olduğunu nəzərə alıb xaricdə oxumağa üstünlük verənlər də çoxdur: “Hər il minlərlə abituriyent Ukrayna, Türkiyə, Macarıstan, Baltikyanı və s. kimi ölkələrdə təhsil almağa yollanırlar. Qeyri-rəsmi məlumatlara görə, təkcə Ukraynada 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Türkiyədə təhsil alanların sayı daha çoxdur. Səbəb həmin ölkələrdə təhsilin keyfiyyətli, təhsil haqqının isə aşağı olmasıdır. Təsəvvür edin ki, Almaniya, Fransa və s. kimi Avropa ölkələrində ali məktəblərin əksəriyyəti pulsuzdur. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə özəl ali məktəblərdə təhsil haqqından azad olunurlar. Ailəsinin maddi durumu aşağı olan tələbələr də həmçinin. Bu il keçirilən prezident seçkiləri ərəfəsində Fransa rəhbəri Makron ali məktəblərdə pulsuz təhsil məsələsinə yenidən baxılması məsələsini qaldırmışdı. Az qala bu təklifinə görə kürsüsündən olacaqdı. Fransada 2019-cu ilə qədər hətta xarici tələbələr üçün də təhsil pulsuz idi. 2019-cu ildə bu imtiyaz ləğv olunsa da, bir çox proqramlar sayəsində xarici tələbələr ildə 170-200 avro ödəməklə təhsil ala bilirlər. Eyni fikirləri başqa Avropa ölkələri üçün də demək mümkündür”.

İ.İsmayılov Azərbaycanda ali məktəblərin təhsil haqqının ailələrin illik qazanclarını keçməsini ümumiyyətlə absurd sayır: “Zənnimcə, bu cür absurd vəziyyət səbəbsiz deyil. Məqsəd xalqın intellektual səviyyəsini aşağı salmaqdır. Çünki savadsızlıq mütilik yaradır”.

Bütün bu absurdların səbəbini Azərbaycan hakimiyyətinin uzağa hesablanmış siyasəti ilə əlaqələndirən partiya sədri deyib: “Bilirsiniz ki, insanlıq orta əsrlərin qaranlıq çağından qurtulmasını oxumağın əlçatanlığına borcludur. 15-ci əsrin sonlarında Avropada ilk dəfə mətbəə kəşf olunandan sonra kasıblar da oxumaq imkanı əldə etdilər. Çünki kitabların kütləvi nəşri başladı və hər kəs onu əldə etmək şansına qovuşdu. O zamana qədər isə yalnız oliqarxlar kitab sahibi ola bilirdilər. Beləcə, cəmiyyətlər də savadlana-savadlana indiki vəziyyətə gəlib çıxdılar. Azərbaycanda təhsil siyasəti isə sanki Avropadan dünyaya yayılan İntibah ənənələrini baltalamağa xidmət edir. Pullu təhsil siyasəti bu da ölkəni orta əsrlər çağına sürükləmək başqa bir şey deyil”.

Xəbər 3211 dəfə oxunub.




21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +