Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?
Direktor və müavini işdən azad edildi
Moskvalılar ilk görüşdə yaxın münasibətə necə baxır?
Putinin təyyarəsi ilə bağlı təxribata... - Cavabı sarsıdıcı olacaq
AFFA “Neftçi“ni 9 700 manat cərimələdi
Fərman Abbasov vəzifəsindən atıldı
“Okean Avtosalon“da yeni cinayət işi
Bu idarə 300 min manatlıq dəftərxana ləvazimatı alıb
Klinikanın külli miqdarda vergi borcu var


28.01.2022  10:00 

Narkotacir ana və oğul saxlanılıb - Lənkəranda





A+  A-

Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti ardıcıl əməliyyat-axtarı tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər saxlanılıb və dövriyyədən 5 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

XəzərNews.az Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərov tutulublar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Səidə Əskərovanın oğlu Müqəddəs Adıyevdən əldə etdikləri müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan M.Adıyevin üzərindən və yaşadığı evdən 5 kiloqram 100 qramdan artıq narkotik vasitə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərdən Turac Rzazadə, Ramin Cəbiyev və Ruslan Əliyevin oğurluq əməllərinin də üstü açılıb.

Belə ki, Turac Rzazadənin 2 yaşayış evindən 2 040 manat dəyərində məişət əşyalarını, Ruslan Əliyevin 2 evdən 800 manat dəyərində elektrik generatoru, 2 ədəd velosiped və digər əşyaları, Ramin Cəbizadənin isə məzar daşları sexindən 2 100 manat dəyərində notbuk, monitor və məzar daşlarının hazırlanmasında istiadə olunan avadanlıqları oğurladığı müəyyən olunub.

Faktlarla bağlı araşdırma aparılır.



Xəbər 3474 dəfə oxunub.




21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +