“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto


13.10.2025  18:17 

770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin





A+  A-

770 min miqrant Rusiyanı tərk etməlidir.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodin verib.

Onun sözlərinə görə, "nəzarətdə olan şəxslər" reyestrində olanların ölkədə qalma müddəti sentyabrda başa çatıb və onlar getməlidirlər.

"Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 1-nə "nəzarətdə olan şəxslər" reyestrində 770 min miqrant var idi. Onların üçdə biri qadınlar və uşaqlardır. Onlara qarşı yeni miqrasiya rejimi – deportasiya rejimi tətbiq olunur", – o bildirib.

Həmin şəxslərin sürücülük vəsiqəsi alması, nəqliyyat vasitələrini idarə etməsi, maşın və daşınmaz əmlak alıb satması, nikah bağlaması, hesab açması, pul köçürməsi, banklardakı əmanətlərlə sərbəst davranması yasaqlanır.

Qeyd edək ki, artıq son 1 həftədir Rusiyaya yük daşıyan azərbaycanlı TIR sürücüləri yol polisi tərəfindən saxlanılaraq 15 günlük saxlama məntəqələrinə göndərilir, sonra isə təyyarə ilə Gürcüstana, oradan da Azərbaycana deport olunur.

Xəbər 5201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +