Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


21.02.2024  20:28 

Mövlud Süleymanlı dünyasını dəyişib





A+  A-

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Bakupost.az -a yazıçının yaxınları bildirib.

Qeyd edək ki, bu günlərdə insult keçirən M.Süleymanlı xəstəxanaya yerləşdirilmişdi. O, əməliyyat olunsa da vəziyyəti ağır idi.

Qeyd edək ki, Mövlud Süleymanlı 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub, 1967-ci ildə oranı bitirib.

Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da nəşr olunub.

1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edilib. 1979-cu ildə isə "Qar", "Yanğın",
"Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət "Ayın aydınlığında" kitabı işıq üzü görüb. Bu hekayələr M. Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıdıb.

Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun "Köç", "Ceviz qurdu", "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.

1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan M.Süleymanlı "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub.

Xəbər 3000 dəfə oxunub.




21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +