Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?
Direktor və müavini işdən azad edildi
Moskvalılar ilk görüşdə yaxın münasibətə necə baxır?
Putinin təyyarəsi ilə bağlı təxribata... - Cavabı sarsıdıcı olacaq
AFFA “Neftçi“ni 9 700 manat cərimələdi
Fərman Abbasov vəzifəsindən atıldı
“Okean Avtosalon“da yeni cinayət işi
Bu idarə 300 min manatlıq dəftərxana ləvazimatı alıb
Klinikanın külli miqdarda vergi borcu var


22.04.2024  15:34 

İvanişvili nə etməyə çalışır? -ŞƏRH





A+  A-

"İrakli Qaribaşvilinin bu açıqlaması onu deməyə əsas verir ki, kənardan hökuməti idarə edən Bdzina İvanişvili Avropa İttifaqı ilə bazarlığa getməklə onun xarici agentlər haqqında qanun layihəsinə müdaxiləsini istəyir".

Xəzərnews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Gürcüstan hakimiyyəti qeyri-səmimi hərəkət edir:



"Xarici agentlər haqqında qanunun qəbulundan sonra yaranmış vəziyyət ona dəlalət edir ki, ölkənin siyasi elitasının böyük hissəsi narahatdır. Tiflis artıq Avropa İttifaqına üzvlüyə namizəddir. Çox da uzaq olmayan bir zamanda ölkə Avropa İttifaqına üzvü ola bilər. Aİ ölkə və onun vətəndaşları üçün maliyyə baxımından geniş perspektivlər açır.

Qaribaşvilinin sözügedən açıqlaması onu deməyə əsas verir ki, kənardan hökuməti idarə edən Bdzina İvanişvili məsələ ilə bağlı Aİ ilə bazarlıq etməklə onun da prosesə müdaxiləsini istəyir. Xarici agentlər haqqında qanun Aİ-nin qanunlarına tamamilə ziddir. Əksinə, onun qəbulu təzadlı qarşıdurma yaradır. Güman edirəm ki, bu məsələ öz həllini tapacaq və Gürcüstan iqtidarı iradından geri çəkiləcək".

Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Qaribaşvili Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa biləcəyini deyib:

"Əgər bizə desələr ki, sabah Avropa İttifaqına üzv olacağıq, o zaman qanun çox asanlıqla ləğv edilə, yenidən işlənib hazırlana və ya yenisi qəbul edilə bilər".

Xatırladaq ki, bu yaxınlarda xarici agentlər haqqında Gürcüstan parlamentinin qəbul etdiyi qərar ölkə cəmiyyətinin ciddi narazılığına səbəb olub. Bunun nəticəsi olaraq Gürcüstan müxalifəti etiraz aksiyalarına çıxıb.


Xəbər 9554 dəfə oxunub.




21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +