İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...
Putin Suriyaya gedir?
Rusiya Ukrayna itkilərini açıqladı


16.10.2019  14:42 

“Vətəndaş qapını açmır, sayıcıları evə buraxmır” - İttihamlara cavab





A+  A-

Dövlət Statistika Komitəsi əhalinin siyahıyaalınması prosesi ətrafında yaranan narazılığa münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, komitənin siyahıyaalma qrupunun rəhbəri Azad Abasəliyev “Qafqazinfo”ya bildirib ki, mövzu ilə bağlı çıxışlarında bir neçə siyahıya alınmayanların Komitəyə müraciət etməsi ilə bağlı çağırış edib:

“Amma sosial şəbəkələrdə yazırlar, müraciətə isə məhəl qoymurlar. Kim siyahıyaalınmayıbsa bizim “Qaynar Xəttə” müraciət etsin. Biz həmin şəxslərin siyahıyaalınmasını təmin edək və bu barədə yerli statistika orqanlarına məlumat verək. Sayıcılar gedirlər, amma vətəndaş qapını açmır. Onları evə buraxmırlar. Ya da evdə olmurlar. Ancaq nəticə etibarilə bizi günahlandırırlar. Halbuki mənim əlimdə faktlar var ki, vətəndaş “Qaynar Xətt”ə müraciət edib, sonra biz onun evinə yerli statistika orqanı tərəfindən sayıcını göndərmişik. Bir dəfə sayıcı gedib, komendant onu mənzilə buraxmayıb. Ondan sonra yenə şikayət ediblər ki, saymayıblar. Biz yenidən sayıcını göndərmişik. Yenə sayıcı gedib və binadan içəri buraxılmayıb. Həmin şəxsə zəng etmişik ki, sayıcı qapıdadır. Komendant buraxmır. O, qayıdıb nə desə, yaxşıdır, “hə, indi düşüb buraxdırıram da”.

Bəs, sən bilmirsən ki, sənin komendatın sayıcını evə buraxmayacaq?! İndi də durub şikayət edirsən ki, məni siyahıya almayıblar?! Mən bu münasibəti başa düşmürəm. Belə hallarla əsasən paytaxtda rastlaşırıq. Rayonlarda belə problemlər çox cüzidir”.

A. Abasəliyev prosesə metodoloji rəhbərliyi həyata keçirən şəxs olduğunu diqqətə çatdırıb: “Ancaq yerlərdə siyahıyaalmanın həyata keçirilməsi Nazirlər Kabinetinin qərarı ilə yerli yerli statisika orqanlarıyla birlikdə icra hakimiyyətlərinə tapşırılıb. Yerlərdən məlumat ilin sonuna kimi siyahıyaalma qrupuna daxil olacaq. Siyahıyaalma 10 gün ərzində həyata keçirilir. Ancaq buna hazırlıq 2017- ci ildən başlanılıb. 3 illik dövrü əhatə edib. Bu böyük bir prosesdir. Sonrakı dövrdə də həmin o məlumatlar yerli statisik orqanlar tərəfindən siyahıyaalma qrupuna təqdim olunacaq”.
Qeyd edək ki, siyahıyaalma prosesinə 23, 2 milyon manat vəsait ayrılıb. Sosial şəbəkələrdə əsas narazılıq bu qədər vəsait qarşısında əhalinin bir qrupunun siyahıya alınmaması ilə bağlıdır.

Xəbər 3062 dəfə oxunub.




16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +