Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi
Rusiya vətəndaşlarının tezliklə azad edilməsində maraqlıdır - Zaxarova
Mehdiyevin əmlakı açıqlandı... - Müsadirə oluna bilər
Prezident Elina Valtonenini qəbul etdi


20.08.2025  11:50 

Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi





A+  A-

Külli miqdarda mənimsəmə və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan 35 şirkətin rəhbəri Fəqani Rəhimova hökm oxunub.

XəzərNews.az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, sahibkar dövlətə dəymiş ziyanı ödəməklə canını həbsdən qurtara bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin dünənki hökmü ilə Rəhimova 5 il müddətinə şərti cəza verib.

Məmurlarla əlbir olan sahibkar həbsdə deyildi. O, 6 ay əvvəl ev dustaqlığına buraxılmışdı. Həmin vaxt məhkəmə 62 min 400 manat təşkil edən maddi ziyanın ödənilməsini və təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq belə qərar qəbul etmişdi.

F.Rəhimovun ətrafında aparılan istintaqla bir sıra qurumların da qanunsuz əməlləri ortaya çıxmışdı. Məlub olub ki, F.Rəhimovun şirkətləri qurumlarla yaxşı dil tapıb, tenderlərdə qalib gəlib. Ümumilikdə onun şirkətlərinə 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən F.Rəhimovun əlbir olduğu vəzifəlilərin hamısına vurduqları ziyan ödətdirilib. Bu səbəbdən onların işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Fəqani Rəhimov isə dövlətə dəymiş ziyanı həbsə düşəndən bir neçə ay sonra ödəyib.


Xəbər 685 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi

15.10.2025  10:20 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +