Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


26.10.2022  10:14 

Nazirlik Unilever-dən şikayətə niyə baxmır?





A+  A-

Bakı şəhər sakini İlkin Məmmədkərimov Unilever brendinin Azərbaycandakı nümayəndəliyindən şikayətçidir.

İ.Məmmədkərimov XəzərNews.az-a göndərdiyi şikayət məktubunda bildirir ki, bir neçə ay əvvəl Unilever-lə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Azad İstehlakçılar Birliyinə şikayət edib:

"Mənə yalnız İqtisadiyyat Nazirliyindən icracı zəng edib Unilever-in ünvanını və əlaqə nömrəsini istəyib. Mən də Unilever-in Bakı ofisinin ünvanını və brendin işçisi Aydın Əhmədov adlı şəxsin e-mailini vermişəm. Bir müddət bundan əvvəl İqtisadiyyat Nazirliyindən icracı zəng edib bildirdi ki, şikayətinizlə əlaqədar Unilever-ə sorğu göndərilib, cavab alan kimi əlaqə saxlayacağıq".

İ.Məmmədkərimov bildirir ki, bir neçə gün bundan əvvəl şikayətini sosial şəbəkələrdəki müştəri qruplarında da paylaşıb:



"Paylaşımımın yorum hissəsinə brendin işçisi Aydın Əhmədovu da tag etdim ki, problemə aydınlıq gətirsin. A.Əhmədov isə nəyinki problemə aydınlıq gətirdi, üstəlik öz rəzillikləri azmış kimi şikayətimə ironiyalı cavab verdi, bu məsələnin sonuna qədər gedəcəyimə “çox gözləyərsən, əlindən gələni ardına qoyma" deyərək cavab verdi".

Şikayətçi soruşur ki, İqtisadiyyat Nazirliyi bu ölkədə heç nədən çəkinməyən, qanunlara tüpürən bu brendə qarşı nə vaxt tədbir görəcək?

Qarşı tərəflə əlaqə yaratmaq mümkün olmadı.

Mövzunu davam etdirəcəyik...

Yusif Əli
XəzərNews.az





Xəbər 2996 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +