Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


12.10.2025  00:48 

İki ölkə arasında sərhəddə döyüşlər baş verib





A+  A-

Əfqanıstan-Pakistan sərhədində, bütün Dürand xətti boyunca şiddətli döyüşlər baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə "Tolo News" xəbər portalı məlumat yayıb.

Yerli mənbələrin bildirdiyinə görə, “Taliban” hərəkatı ilə Pakistan ordusu arasında Dürand xətti boyunca genişmiqyaslı toqquşmalar yaşanır.

Qeyd edək ki, bu sərhəd xətti Kabil tərəfindən rəsmi olaraq tanınmır.

Dəqiqləşdirilmiş məlumatlara əsasən, bu qarşıdurmalarda Pakistan tərəfi beş hərbçisini itirib.

Ən gərgin döyüşlər Kunar, Nangarhar və Həlmənd vilayətlərində baş verib. “Taliban” qüvvələri Pakistanın sərhəd postlarına müxtəlif istiqamətlərdən hücum ediblər.

Mövcud məlumatlara görə, bəzi bölgələrdə Pakistan ordusu mövqelərini tərk edərək geri çəkilib.

“Yerli mənbələr Həlmənd vilayətinin Baxramça bölgəsində Pakistan ordusuna məxsus sərhəd postunun ələ keçirildiyini də təsdiqləyiblər”, - deyə xəbər portalı bildirir.

Bundan əlavə, Kəndəhar vilayətinin Şorabak bölgəsində də silahlı qarşıdurmalar başlayıb.

Nuray

Xəbər 3976 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +