Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


18.10.2025  11:36 

Azərbaycan rəssamları Parisdə beynəlxalq sərgidə təmsil olundu





A+  A-

Fransanın paytaxtında, dünyaca məşhur “Carrousel du Louvre” sərgi salonunda “Art Shopping – Beynəlxalq Müasir İncəsənət Sərgisi”nin açılışı keçirilib.

XəzərNews.az xəbər verir ki, müxtəlif ölkələrdən 300-dən artıq rəssamın qatıldığı bu nüfuzlu incəsənət platformasında Azərbaycan rəssamlarından Rövşən Quliyev və digərləri iştirak edərək milli incəsənətimizi yüksək səviyyədə təmsil ediblər.

Sərgidə Azərbaycan nümayəndələrinin əsərləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Müasir yanaşma ilə milli motivləri birləşdirən bu əsərlər ölkəmizin zəngin mədəni irsini və yaradıcılıq potensialını nümayiş etdirib.

Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla xanım da iştirak edib. O, çıxışında Azərbaycan incəsənətinin beynəlxalq miqyasda təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu kimi tədbirlərin ölkəmizin mədəni irsinin dünyaya tanıdılmasında mühüm rol oynadığını bildirib.

Sərgi 19 oktyabra qədər davam edəcək və ziyarətçilərə Azərbaycan rəssamlarının yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaradacaq.






Xəbər 3702 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +