Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


14.10.2025  11:44 

Adəm İsmayıl borc qarşlığında partiya satın alıb? - İddia





A+  A-

“Əvvəllər Aydəm İsmayılov kimi tanıdığımız, adı keçmiş MTN olaylarında hallanan və 2025-ci ilin iyun ayında "Vəhdət" partiyasının sədri seçilən Adəm İsmayıl Bakuvi paytaxtın Səbail rayonu Nizami küçəsində yerləşən mülklərini 120 milyon manata satışa çıxarıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə iddia ilə jurnalist Samir Feyruzov çıxış edib.

“Bəs, tikinti sektorunun ən qalmaqallı adamı hesab olunan A.İsmayılovun siyasətdə nə işi var? Təbii ki, deputat mandatı əldə etməyə çalışır”, - deyə S.Feyruzov bildirib.

Jurnalist iddia edir ki, heç vaxt "Vəhdət" partiyasının üzvü olmayan və birbaşa partiyanın rəhbərliyinə gətirilən A.İsmayılovla bağlı əsaslı şübhələr var:

“Niyə "Vəhdət" partiyası? Məlumata görə, "Vəhdət" partiyasının qurucusu, sabiq deputat Tahir Kərimlinin qardaşı iş düzəltmək adı ilə müxtəlif insanlardan 80 min manat pul alıb və geri qaytarmayıb. Məhz bu səbəbdən T.Kərimlinin vəziyyətinin pisləşdiyini görən A.İsmayılov partiyanın ona verilməsi müqabilində qardaşının borclarını bağlayacağını bildirib. Çıxılmaz durumda qalan T.Kərimli A.İsmayılovun bu təklifi ilə razılaşmalı olub. A.İsmayılov belə fürsətləri dəyərləndirməyi bacarır, təsadüfi deyil ki, uzun illərdir özü və qardaşı tərəfindən saysız-hesabsız qanunsuzluqlar həyata keçirilib, amma yenidən və başqa bir qiyafədə gündəmə daxil olmağa çalışır”.



Xəbər 3561 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +